SON XƏBƏR

Abdullah Zubir "Qarabağ"da 200-cü oyununu keçirib

Aprel 03
10:12 2023
Abdullah Zubir "Qarabağ”da 200-cü oyununu keçirib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı fransalı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XXVIII turuna təsadüf edib.

"Şamaxı” ilə səfər matçına (1:0) start heyətdə çıxan legioner 90 dəqiqə meydanda olub.

Zubir Ağdam klubunda keçirdiyi 200 oyunda 42 qol vurub. O, Premyer Liqada 118 (31 qol), kubokda 16 (1 qol), avrokuboklarda 66 (10 qol) görüşdə şans qazanıb.

Qeyd edək ki, yarımmüdafiəçi 2018/19 mövsümündən "Qarabağ”da çıxış edir. Onun debütü 2018-ci il iyulun 11-də "Olimpiya” ilə Çempionlar Liqasının Sloveniyadakı görüşündə (1:0) gerçəkləşib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook