SON XƏBƏR

Abid Şərifov "Ağsuçay" yatağını bu qiymətə aldı

Fevral 04
11:35 2026
Ağsu rayonunda yerləşən "Ağsuçay" qum-çınqıl yatağı ilə bağlı keçirilən hərracın qalibi məlum olub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hərracda "Avro-Asiya İnşaat Korporasiyası Evrascon" Açıq Səhmdar Cəmiyyəti (ASC) 70 000 manat qiymət təklifi ilə qalib seçilib. 

Beləliklə, yataq yekun qiymət olaraq 70 000 manata sözügedən şirkətə satılıb. 

"Ağsuçay" qum-çınqıl yatağının həcmi 90 000 kubmetr, sahəsi isə 6 hektardır. Yatağın istismar müddəti bir ildir.

"Avro-Asiya İnşaat Korporasiyası Evrascon" ASC baş nazirin keçmiş müavini Abid Şərifovun şirkəti kimi tanınır. Hərçənd Abid Şərifov mediaya açıqlamasında şirkətin qardaşına məxsus olduğunu bildirmişdi. 

Şirkətin keçmiş məmura məxsusluğu barədə iddialara isə onun xanımının ASC-nin əsas səhmdarlarından biri olması rəvac verib. 

Yeri gəlmişkən, "Avro-Asiya İnşaat Korporasiyası Evrascon" ASC-nin dövlət büdcəsinə 6 718 407,21 manat borcu var. 

Qlobal.az 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook