SON XƏBƏR

ABŞ-a gedən qaçqınların seçim proqramı sərtləşdirilir

Noyabr 01
10:48 2017
ABŞ prezidenti Donald Tramp ölkəyə gələn qaçqınların seçim proqramını sərtləşdirmək barədə göstəriş verib.
 
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Tramp öz "Twitter" səhifəsində yazıb.
 
O, bildirib: "Mən daxili təhlükəsizlik nazirliyinə hazırdada ekstremal olan seçimi proqramını sərtləşdirməyə göstəriş verdim".
 
Tramp bu göstərişin Nyu-Yorkda baş verən terror aktı ilə əlaqəsi olub olmadığı barədə məlumat verməyib.
 
Qeyd edək ki, oktyabrın 31-i Nyu-Yorkun mərkəzində yük maşını velosiped yoluna çıxaraq insanların üzərinə sürülüb. Hadisə nəticəsində 8 nəfər həlak olub və 10-dan çox insan yaralanıb. Şəhərin meri hadisəni terror aktı kimi dəyərləndirib. Yük maşınını idarə edən özbəkistanlı 29 yaşlı Sayfullo Saipov olduğu bildirilir. O, polislər tərəfindən saxlanılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook