SON XƏBƏR

ABŞ "B-52H" strateji bombardımançılarını Avropaya göndərib

İyun 02
09:52 2017
Pentaqon Böyük Britaniyanın "Ferford" aviabazasına nüvə döyüş başlıqları daşımaq iqtidarında olan bir neçə "B-52H" tipli strateji bombardımançılarını göndərib.

"Report" "Deutsche Welle"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı məlumat yayıb.

Bəyanatda bildirilir ki, bombardımançılar, həmçinin Rusiya ilə sərhəd olan ölkələrdə də keçiriləcək "Arctic Challenge", "Saber Strike" və "BALTOPS" hərbi təlimlərdə iştirak edəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook