SON XƏBƏR

“ABŞ bizi və bütün dünyanı aldadıb...”- Putin

Oktyabr 23
11:52 2015
ABŞ İranın nüvə hədələrindən danışmaqla bizi və bütün dünyanı aldadıb. Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin "Valday” beynəlxalq klubun növbəti sessiyasında çıxışı zamanı bildirib.
 
"Bu günlərdə ABŞ Avropada ilk dəfə olaraq Raket Əleyhinə Müdafiə (RƏM) sınağı keçirib. Nə deməkdir bu? O deməkdir ki, biz amerikalı tərəfdaşlarımızla mübahisə edəndə haqlı olmuşuq. Rusiya əvvələcən haqlı idi bəyan edəndə ki, ABŞ RƏM-i strateji balansı pozmaq və öz iradəsini başqalarına diktə eləmək üçün qurur. Bizi, eləcə də bütün dünyanı növbəti dəfə çaşdırmağa cəhd edir, lap sadə dildə desək, aldadırdılar” – deyib Putin.
 
Kreml başçısı əlavə edib ki, İranın nüvə problemi artıq həll olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook