SON XƏBƏR

ABŞ-da 17 milyon seçici artıq səs verib – Erkən səsvermə Harrisə uğur gətirəcəkmi?

Oktyabr 23
13:45 2024
17 milyondan çox amerikalı artıq prezident seçkilərində səs verib.

"AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, seçicilər poçtla bülletenlər göndərməklə və ya əvvəlcədən açılmış seçki məntəqələrində səs verməklə namizədlərə dəstək olublar.

Prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Dörd il əvvəl, pandemiya dövründə keçirilən prezident seçkiləri zamanı 100 milyondan çox insan seçki məntəqələrində izdihamın qarşısını almaq üçün erkən səs verdi. Analitiklərin fikrincə, bu il erkən səsvermənin populyarlığı səsvermə vərdişlərinin dəyişməsindən xəbər verir.

Demokratlar Partiyasının tərəfdarları respublikaçılara nisbətdə iki dəfə çox erkən səsvermə fürsətindən istifadə edib. Ekspertlərin fikrincə, bu, demokrat seçicilər arasında fəlallığın yüksəlməsinə və namizəd Co Baydenin qələbəsinə töhfə vermiş ola bilərdi.
 
Demokratlar bu il daha fəaldırlar, lakin bir neçə əsas ştatda səsvermə məlumatlarına əsasən erkən səs verən respublikaçıların da sayı kəskin artıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook