SON XƏBƏR

ABŞ-da Rusiya diplomatlarının hərəkətləri məhdudlaşdırıldı

Dekabr 01
11:48 2016
ABŞ Konqresinin Nümayəndələr Palatasında Rusiya diplomatlarının hərəkətlərini məhdudlaşdıran qanun layihəsi qəbul edilib.
 
Sənədə əsasən ABŞ-da akkreditə olan Rusiya diplomatik nümayəndələrinin əməkdaşları təqvim rübü ərzində öz iş yerlərindən 40 km uzağa səfər etmək üçün əvvəlcədən ABŞ hökumətini xəbərdar etməlidirlər.
 
Qərarın lehinə 390, əleyhinə isə 30 konqresmen səs verib.

Yeni qaydalar "ABŞ-da akkreditə olan Rusiya diplomat və konsullarının səfərlərinin məhdudlaşdırılması” adlı bölmədə yer alıb.
 
(apa)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook