SON XƏBƏR

ABŞ-dan Türkiyəni üzəcək Rakka açıqlaması

Mart 05
01:02 2017
Türkiyə artıq başa düşməlidir ki, Rakkanı almaq üçün Azad Suriya Ordusunun köməyi kifayət etməyəcək.
 
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Türkiyədəki keçmiş səfiri Ceyms Cefri deyib.
 
"Türk əsgəri ASO-nun köməyi ilə Rakkanı azad edə bilməz. Əgər Rakkanı İŞİD-dən tez bir zamanda almaq istəyirlərsə, buna daha böyük ordu lazımdır. Əməliyyatda daha çox ABŞ əsgərinin və YPG üzvünün iştirak etməsi vacibdir.
 
Türkiyənin YPG ilə bağlı narahatlığı başadüşüləndir. Ancaq ABŞ YPG-nin yanındadırsa, bu, o demək deyil ki, Türkiyəni yox etmək, Ərdoğan iqtidarını devirmək istəyir. ABŞ İŞİD terror təşkilatına qarşı mübarizəyə görə YPG-nin yanındadır”, - Cefri bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook