SON XƏBƏR

ABŞ-dan Yəmənə PUA hücumu: ölənlər var

İyun 17
15:46 2017
ABŞ Yəmənin cənub-şərqində yerləşən Şabva əyalətindəki Əl Naqba ərazisinə PUA-larla hücum edib.
 
Axar.az Türkiyənin "Star” qəzetinə istinadən xəbər verir ki, hücum nəticəsində Əl Qaidə üzvü olduğu iddia edilən iki nəfər həlak olub.
 
Ölənlərin kimliyi haqqında məlumat verilməyib.
 
Qeyd edək ki, ABŞ fevral ayından bəri Əl Qaidə üzvü olduğundan şübhələndiyi şəxslərə qarşı hücumlar təşkil edir.







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook