SON XƏBƏR

ABŞ-də "TRIPP"in Avrasiya regionunda kommunikasiya kontekstində rolu müzakirə edilib

Dekabr 19
07:11 2025
Amerika-Azərbaycan Ticarət Palatasında "TRIPP – ABŞ-nin yeni strateji landşaftında Avrasiya kommunikasiyası" mövzusunda dəyirmi masa keçirilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyindən bildirilib.

Məlumata görə, səfir Xəzər İbrahim "TRIPP layihəsi"nin həyata keçirilməsi çərçivəsində hazırkı impulsdan istifadənin vacibliyini vurğulayıb.

Müzakirələrdə Ermənistan, Qırğızıstan səfirləri, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Tacikistan və Türkmənistan diplomatik missiyalarının nümayəndələri çıxış ediblər.
ABŞ Dövlət Departamenti və Ticarət Nazirliyinin nümayəndələri də müzakirələrə qatılıblar.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook