SON XƏBƏR

ABŞ heç vaxt defolt vəziyyətində olmayacaq - AĞ EV

May 24
08:40 2023
ABŞ Konqresi ilə dövlət borcunun yuxarı həddi ilə bağlı heç bir razılaşma yoxdur, buna baxmayaraq, Birləşmiş Ştatlar heç vaxt defolt vəziyyətində olmayacaq.

"Report" xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karin Jan-Pyer bildirib.

ABŞ Prezidenti Cozef Bayden və Nümayəndələr Palatasının spikeri Kevin Makkarti arasında razılaşmanın olmamasını şərh edən Ağ Evin sözçüsü deyib: "Biz borclarımızı ödəyirik, tariximizdə heç vaxt defolt olmamışıq və olmayacağıq”.

Bundan əvvəl Kevin Makkarti Baydeninin hərəkətsizlikdə ittiham etmiş, bunun da ABŞ-ı defolta apara biləcəyini söyləmişdi.

ABŞ-ın maliyyə naziri Janet Yellen isə müvafiq tədbirlər görülməzsə, ölkənin iyunun 1-dək defolta düşmə ehtimalının yüksək olduğunu bildirmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook