SON XƏBƏR

ABŞ-ın Fars körfəzindəki qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib

Fevral 08
08:08 2017
ABŞ-ın Fars körfəzindəki qüvvələri İranla münasibətlərdə gərginliyin artması,  ordu və avadanlıqların ümumi hazırlığı ilə bağlı narahatlıqlarla əlaqədar  pisləşməsi səbəbindən "ən yüksək hazırlıq vəziyyətinə” gətirilib.  APA-nın xəbərinə görə, bu barədə "RİA Novosti”yə ABŞ Müdafiə Nazirliyindəki mənbə bildirib.  
 
Qeyd edək ki, İran yanvarın 29-da öz istehsalı olan  ballistik raketi uğurla sınaqdan keçirib. ABŞ ballistik raketlərin sınağını kəskin pisləyərək, bunun BMT TŞ-nin 2231 saylı qətnaməsinə zidd olduğunu qeyd edib.    
 
Həmçinin, xatırladaq ABŞ-ın yeni prezidenti D.Tramp İran və "altılıq” ölkələri arasında Tehranın nüvə proqramına dair  əldə olunmuş sazişə qarşı çıxış edir.  



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook