SON XƏBƏR

ABŞ İranın Rusiyanı ballistik raketlərlə təchiz etmək planları barədə xəbərdarlıq etdi

Noyabr 23
05:22 2023
Rusiya İranla hərbi əməkdaşlığı inkişaf etdirməkdə davam edir və Tehran "Şahed" pilotsuz uçuş aparatlarından daha güclü silahlarla təmin edə bilər. ABŞ rəsmiləri xəbərdarlıq ediblər ki, Birləşmiş Ştatlar Tehranın Moskvaya modernləşmiş yaxın mənzilli ballistik raketlər verməyə hazırlaşmasından ehtiyat edir.

Qaynarinfo "The Wall Street Journal”a istinadən yazır ki, sentyabr ayında İran hərbçiləri Tehranda səfərdə olan müdafiə naziri Sergey Şoyquya "Ababil” və "Fateh-110” raketlərini göstərməsindən sonra Vaşinqtonda narahatlıq artıb.

"Buna görə də İranın Ukraynada istifadə edilməsi üçün Rusiyaya ballistik raketlər verməyi nəzərdən keçirməsindən narahatıq”, deyə Milli Təhlükəsizlik Şurasının nümayəndəsi bildirib.

İran nümayəndələri keçən payızda "Reuters" agentliyinə bildiriblər ki, ruslar onların "yüzlərlə, hətta orta mənzilli raketlərini" istəyirlər. Tehran müvafiq olaraq 700 və 200-300 km-ə qədər məsafədəki hədəfləri vura bilən bir neçə yüz "Zülfüqar” və "Fateh 110” raketlərinin göndərilməsini müzakirə etməyə hazır idi. 

Son bir il ərzində Moskva və Tehran arasında raketlərin tədarükü ilə bağlı danışıqların aparıldığı barədə məlumatlara baxmayaraq, onların başlanmasına dair heç bir etibarlı məlumat ortaya çıxmayıb.

Bununla belə, tərəflər hərbi əməkdaşlığı inkişaf etdirir. İran nümayəndələri Rusiyadan Su-35 döyüş təyyarələri, eləcə də radarlar və hücum helikopterləri də daxil olmaqla digər avadanlıqlar almaq niyyətində olduqlarını bəyan ediblər.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook