ABŞ İranla müharibəyə gündə 220 milyon dollar xərcləyir
Mart 05
07:07
2026
ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı əməliyyatlar təkcə hərbi deyil, həm də iqtisadi nəticələr göstərməyə başlayıb.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, mütəxəssislərin ilkin hesablamalarına görə, əməliyyatların ilk 24 saatında istifadə edilən sursat, qırıcı təyyarələrin uçuşlarının dəyəri və bölgəyə hərbi göndərişlər milyardlarla dollar xərclənib.
Eyni zamanda təyyarələrin və onlarla dəniz gəmisinin bölgədə yerləşdirilməsi əlavə 630 milyon dollara başa gəlib. Regiondakı hər bir təyyarədaşıyan qrupunun gündəlik istismar xərcləri təxminən 6,5 milyon dollardır. İlk gündən bəri ümumi xərc təxminən 2.276.000 dollar təşkil edib.



