ABŞ MKİ-nin rəhbəri: "Dağlıq Qarabağda hərbi əməliyyatlar yenidən başlaya bilər"
May 12
09:59
2017
"Dağlıq Qarabağda hərbi əməliyyatlar yenidən başlaya bilər".
"Report" xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Daniel Koutsun Senatının Kəşfiyyat Komitəsinə təqdim olunan hesabatında bildirilib.
"Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağla bağlı gərginlik 2016-cı ilin aprel ayında yenidən yaşandı. Bundan başqa, tərəflərin qarşılıqlı güzəştlərdən imtina etməsi, eləcə də daxili təzyiqlər 2017-ci ildə irimiqyaslı hərbi əməliyyatların təkrarlana biləcəyini göstərir", - hesabatda qeyd olunub.



