SON XƏBƏR

ABŞ Polşaya 1000 hərbçi göndərəcək

İyul 08
23:21 2016
ABŞ Polşada 1000-ə yaxın hərbçi yerləşdirəcək.
 
Bunu ABŞ prezidenti Barak ObamaVarşavada polşalı həmkarı Anjey Duda ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
 
B. Obama deyib ki, NATO Şərqi Avropada iştirakını artırmaq istəyir: "Əgər NATO-nun Polşada iştirakdan danışırıqsa, ABŞ bu istiqamətdə aparıcı rol oynayacaq. Biz Polşada rotasiya əsasında bir tabor, minə yaxın hərbçi yerləşdirəcəyik”.

Qeyd edək ki, Polşa müdafiə naziri Antoni Matsereviç ölkədə NATO-nun bir neçə bir əsgərinin yerləşdiriləcəyini açıqlayıb.
(apa)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook