ABŞ Qasım Süleymaninin qardaşı qızı və onun övladını həbs edib
Aprel 04
20:02
2026
ABŞ öldürülən İran generalı Qasım Süleymaninin qardaşı qızı Həmidə Süleymani Əfşar və onun qızını həbs edib.
Xatırladaq ki, SEPAH-ın Qüds Qüvvələrinin komandiri Qasım Süleymani 2020-ci ildə İraqda ABŞ-ın aviazərbələri nəticəsində öldürülüb.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, Qasım Süleymaninin qardaşı qızı və nəvəsi ötən gün ABŞ-da federal agentlər tərəfindən həbs edilib.



