ABŞ Üsamə bin Ladenin oğluna qarşı sanksiyalar tətbiq etdi
Yanvar 06
07:27
2017
ABŞ əməliyyat zamanı öldürülən "ƏL-Qaidə” terror təşkilatının keçmiş lideri Üsamə bin Ladenin oğlu Həmzə ben Ladenə qarşı sanksiyalar tətbiq edib.
Ölkə.Az xəbər verir ki, ABŞ Dövlət Departamenti tərəfindən verilən məlumata görə, sanksiyalar Həmzə ben Laden və "Əl-Qaidə” qruplaşmasının lideri İbrahim əl-Bana, eləcə də, bir neçə terrroçuya qarşı qoyulub.
Dövlət Departamentinin məlumatına əsasən, o, 2015-ci ilin avqustundan "Əl-Qaidə”-nin sıralarına qatılıb. Xristian ölkələrində hücumlar törətməyə çağırıb. Məlumatda bildirilir ki, onun və tərəfdarlarının əsas hədəfi Amerika və Avropa ölkələridir.
Sanksiyalar qoyulan şəxslərin ABŞ-da əmlaklarına, bank hesablarına həbs qoyulub. Onların saxlanılması üçün ABŞ hökuməti külli miqdarda pul mükafatı da təyin edib.