ABŞ şirkətləri Atlantik okeanı hövzəsində neft və qaz axtaracaq
May 12
18:05
2017
ABŞ şirkətləri Atlantik okeanı hövzəsində neft və qaz axtaracaq.
AZƏRTAC xəbər verir ki, ABŞ hökuməti Atlantik okeanında neft və təbii qaz axtarışı üçün 6 Amerika şirkətinin müraciətini araşdırmağa başlayıb.
Bildirilir ki, qeyd edilən bölgələrdə 30 ildir ki geoloji və seysmik tədqiqatlar aparılmır. Seysmik tədqiqatların Atlantik okeanındakı canlılara zərər verməyəcəyi qeyd edilib.



