SON XƏBƏR

ABŞ Suriya aviabazasını darmadağın etdi - Video

Aprel 07
10:23 2017
ABŞ bu gecə Suriya Hərbi Hava Qüvvələrinə aid Şayrat aviabazasını bombardman edib.
 
Bu barədə informasiyanı ABŞ Müdafiə Nazirliyi yayıb. Pentaqon endirilən aviazərbələr nəticəsində nə qədər insanın həlak olduğu haqqında heç bir məlumatının olmadığını bildirib. Vaşinqton zərbələrin endirildiyi aviabazada suriyalılarla yanaşı, rusiyalı hərbçilərin ola biləcəyini də söyləyib.
 
Şayrat bazasına zərbələr Aralıq dənizində olan "Ross” və "Porter” gəmilərindən endirilib. Ümumilikdə bu bazaya tərəf 59 "Tomaqavk" qanadlı raketi buraxılıb.
 
ABŞ Prezidenti Suriyaya endirilən zərbələrin Suriya hökumətinin İdlibdə təşkil etdiyi kimyəvi hücuma cavab olduğunu bildirib.
 
Qeyd edək ki, bununla ABŞ Suriya konflikti başlayandan bu yana ilk dəfə Suriya hökumət qüvvələrinə zərbə endirib.(Axar.az)
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook