SON XƏBƏR

ABŞ və İsrail yeni işçi qrupu yaradır-İran əleyhinə

Fevral 16
18:19 2017
ABŞ və İsrail dövlətləri İran əleyhinə yeni işçi qrupunun yaradıldığını bəyan ediblər. Yeni işçi qrupu bir çox sahədə əməkdaşlığı özündə birləşdirəcək. Bildirilir ki, bu işçi qrupunun əsas məsələlərindən biri də İranın qarşısını almaq məsələləri üzrə birgə fəaliyyətdir. Eyni zamanda hər iki ölkə iqtisadiyyatının inkişafı da nəzərdə tutulur.

Məlumatda deyilir: " Liderlər növbəti aylarda müştərək işçi qrupunun yaradılması barədə komandalarına əmr veriblər. Məqsəd ikitərəfli münasibətləri müxtəlif sahələrdə kifayət qədər təkmilləşdirməkdir. Əsasən kiber, kəşfiyyat, təhlükəsizlik, ticarət, texnologiya, İran və digər subyektlərdən gələn təhlükələrə qarşı mübarizə sahələrində əməkdaşlıq nəzərdə tutulub. Bundan başqa iqtisadi sahədə əməkdaşlıq da daxil olmaqla ərəb-İsrail əməkdaşlığının inkişafı da işçi qrupunun vəzifələrindən olacaq".

Qeyd edək ki, bir müddət əvvəl Vaşinqton Ərəb ölkələri ilə İrana qarşı hərbi alyansın yaradılması məsələsini müzakirə edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook