SON XƏBƏR

ABŞ və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

May 10
10:06 2017
ABŞ-ın müdafiə naziri Ceyms Mettis türkiyəli həmkarı Fikri Işıkla telefon danışığı zamanı iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib.
APA-nın xəbərinə görə, bu barədə "RİA Novosti”yə Pentaqonun mətbuat xidmətindən bildirilib.

"Nazir ABŞ-ın NATO üzrə müttəfiqinin müdafiəsinin təmin edilməsinə və təhlükəsizlik sahəsində əlavə risklərin qarşısının alınmasına dair sadiqliyini təsdiqləyib. Hər iki lider İraq və Suriyada sülh və sabitliyi dəstəklədiyini təsdiqləyiblər”, - deyə Pentaqondan bildirilib. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl rəsmi Ankaranın etirazına baxmayaraq, Suriyada İŞİD-lə döyüşən kürd qruplaşmaların silahlandırılmasına dair planı təsdiqləyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook