SON XƏBƏR

ABŞ, Yaponiya və Cənubi Koreya KXDR ilə bağlı vəziyyət üzrə müşavirə keçirib

May 03
09:37 2017
ABŞ, Cənubi Koreya və Yaponiyanın müdafiə nazirləri Şimali Koreya ilə bağlı vəziyyət üzrə videokonfrans rejimində üçtərəfli müşavirə keçiriblər.
 
"Report" xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
 
Qeyd olunur ki, tərəflər Koreya Xalq Demokratik Respublikasının Koreya yarımadasında sülh və sabitliyə təhlükə yarada biləcək istənilən fəaliyyətini qətiyyətlə pisləyiblər.
 
Həmçinin bildirilir ki, tərəflər regional təhlükəsizliyin gücləndirilməsi məqsədi ilə üçtərəfli əməkdaşlığı dəstəkləyiblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook