SON XƏBƏR

Abxaziyada daxili işlər naziri işdən qovuldu

İyul 06
03:26 2016
Abxaziyada müxalifət tərəfdarlarının DİN-in binası qarşısında keçirdikləri mitinq başa çatıb.
 
"Abxaziyanın vitse-prezidenti Vitali Qabnia daxili işlər naziri Leonid Dzapşbanın işdən çıxarılması barədə prezident fərmanını oxuduqdan sonra mitinqçilər dağılışmağa başladılar.
 
Müxalifətin DİN binası qarşısındakı mitinqi kütləvi iğtişaşa çevrilib və 10 saat davam edib”, - deyə məlumatda bildirilib.
 
Daxili işlər naziri vəzifəsinin icrası birinci müavin Boris Abitova həvalə olunub.(Virtualaz.org)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook