ADAU-da xaos: Ölkə rəhbərliyinə müraciət edildi

Fevral 01
11:43
2023
Azərbaycan Dövlət Aqrar Universitetində baş verən həbs və digər məsələlərlə bağlı ictimaiyyətə və ölkə rəhbərliyinə müraciət edilib.
Qlobal.az elektron poçtuna göndərilmiş məktubu təqdim edir:
"Cənab Prezident, ADAU-da aparıcı vəzifələri qəsb etmiş məlum bir qrup şəxs əsas qanunları və dövlətin təhsil strategiyasını ayaqlar altına sərərək qanuna zidd əməllərlə məşğuldur. Bu şəxslər aqrar mütəxəssis hazırlığında elmi potensiala gerilikçi davranışları ilə maliyyə və inzibati maxinasiyalara qorxmadan imza atırlar.
Son dövrlərdə mətbuada gedən silsilə şikayət və müraciətlərdən aydındır ki, Azərbaycan Dövlət Aqrar Universitetində rüşvətxorluq, özbaşınlaıqlar və anarxiya baş alıb gedir.
Biz bu barədə dəfələrlə müraciət etmişik, kütləvi informasiya vasitələrində həyəcan təbili çalmışıq. Lakin kənd təsərrüfatı nazirliyi, eləcə də universitet rəhbərliyi tərəfindən heç bir tədbir görülmədi. Nəticədə bu gün həmin rüşvətxorlardan biri Baytarlıq fakültəsinin dekanı, professor Famil Nəsibov universitetdə korrupsiyaya qarşı aparılan əməliyyatlar çərçivəsində həbs olundu. Famil Nəsibov əslən göyçəlidir. Xaçmaz Rayon İcra Başçısı Elnur Rzayevlə dayıoğlu, bibioğludur. Elnur Rzayevin digər qardaşı Bayandur Rzayev Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisidir. Bütün bu göyçəliləri İnam Kərimov ətrafına yığıb. Famil Nəsibov həm də ADAU-nun yeni rektor əvəzi Zəfər Qurbanovun yaxınıdır.

Famil Nəsibov
Nazim Nadirov universitetdə kafedra müdiri işlədiyi dövrdə maşın trakor parkını tamamilə satıb dağıtdı. Tələbələrdən külli miqdarda rüşvət yığdı.

Zəfər Qurbanov
Rektor əvəzi Zəfər Qurbanovun yanında iclas zamanı öz kafedra yoldaşı, professor Qurban Əliyev bu şəxsi elmdən bixəbər,alverçi və rüşvətxor kimi xarakterizə etdi. Bu adam İnam Kərimov tərəfindən göyçəli olduğu üçün Aqromexanika Elmi Tədqiqat İnstitutuna direktor təyin olunmaq üzrədir. Digər tərəfdən Nazim Nadirov keçmiş icra başçısı Elmar Vəliyevin də qohumudur. Belə ki, Nazim Nadirovun bibisi Hərbi Prokuror Xanlar Vəliyevin həyat yoldaşıdır.

Elnur Rzayev
Cənab Prezident! Bu gün Azərbaycan Dövlət Aqrar Universiteti demək olar ki, idarə edilmir. Bütün özbaşınalıqların başında duran və bunlara rəvac verən Universitetin aqrar sahədən tam xəbərsiz olan rəhbərliyidir. Bunların yəni, rektor əvəzi Zəfər Qurbanovun, tədris işləri üzrə prorektor Əhməd Məlikovun, elmi işlər üzrə prorektor Azad İbrahimovun başı rektorluq uğrunda savaşa qarışıb. Klanlar arasında mübarizə gedir. Bu mübarizədə İnam Kərimov Zəfər Qurbanovu, Mikayıl Cabbarov isə Əhməd Məlikovu dəstəkləyir.

Əhməd Məlikov
Zəfər Qurbanov isə hər vasitə ilə Əhməd Məlikovu aşağılamağa çalışır. Belə ki, o tədris işləri üzrə prorektor olsa da tədris işləri ilə Azad İbrahimov məşğuldur. Əhməd Məlikova isə bir otaq veriblər. Həmin otaqda yazılı imtahanda tələbələrin bileti ilə yazdığı sualları araşdırır ki, görək tələbə imtahanda öz sualını, yoxsa başqa sualı yazıb.
Bu şəxslərə, eləcə də onlarn himayədarlarına çatmır ki, kimin rektor təyin olunması haqqında fərmanı ölkə Prezidenti verir.
Cənab Prezident! Xahiş edirik, kollektivin xahişini nəzərə alaraq təcili tədbir görəsiniz.
Sizə inanırıq və böyük ümidlə nəticə gözləyirik".
Qlobal.az