SON XƏBƏR

Adil Əliyevə töhmət verildi, Elşən Salahova xəbərdarlıq edildi

Fevral 17
10:56 2026
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Qlobal.az xəbər verir ki, müşavirədə şəhərin sanitar təmizliyinin və onun yaz-yay mövsümünə hazırlığının vəziyyəti, əsaslı təmir, abadlıq və yaşıllaşdırma işləri və o cümlədən qanunsuz tikintilərlə bağlı məsələlər müzakirə olunub.

Müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında sanitar təmizlik məsələlərinin vəziyyətini kəskin tənqid edib. Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahova isə şifahi xəbərdarlıq elan edilib. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook