"Aİ parçalanma prosesindədir" - Orban
Dekabr 25
12:06
2025
Macarıstanın Baş naziri Viktor Orban ölkə mətbuatına verdiyi müsahibədə Avropanın üzləşdiyi müharibə təhlükəsi ilə bağlı açıqlamalar verib.
Orban Avropanın müharibənin astanasında olduğunu bildirib və 2025-ci ilin qitə üçün son sülh ili ola biləcəyi barədə xəbərdarlıq edib.
Macarıstan lideri Avropa qitəsindəki müharibənin nüvə fəlakətinə çevrilməsi qorxusunun qitə əhalisini uzun müddət müharibələrdən uzaq tutduğunu qeyd edərək, "Bu qorxu 80 il ərzində təsirli idi. Amma indi tamamilə fərqli bir dünya formalaşır", - deyə bildirib.



