Ali Məclis deputatlarının payız sessiyası dövründə ictimai-siyasi fəaliyyətləri ilə bağlı məlumat

Fevral 12
11:38
2025
Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları tərəfindən 2024-cü ilin payız sessiyası dövründə 218 dəfə vətəndaşlarla görüş keçirilib, ümumilikdə, 981 vətəndaş müraciəti qəbul olunub. Müraciətlərin həlli istiqamətində işlər aparılıb, aid qurumlarla əlaqələndirilib.
Qlobal.az xəbər verir ki, bu barədə məlumatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidməti yayıb.
Ali Məclisin deputatları payız sessiyası dövründə media ilə aktiv əməkdaşlıq ediblər. Belə ki, deputatların müxtəlif qəzet və informasiya saytlarında, ümumilikdə, 70-ə yaxın məqaləsi dərc olunub. Həmçinin onlar 30-dan çox televiziya və radio verilişlərində qonaq olub, ölkəmizdə baş verən mühüm hadisələr, əlamətdar günlər, Azərbaycanın ev sahibliyi etdiyi COP-29 beynəlxalq konfransı, "Yaşıl dünya naminə həmrəylik ili”, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi, habelə müxtəlif sosial-iqtisadi və siyasi məsələlərlə bağlı fikirlərini bölüşüblər. Media vasitəsilə ölkə ictimaiyyətinə dövlət proqramları, iqtisadi inkişaf strategiyaları və muxtar respublikada həyata keçirilən sosial layihələr haqqında ətraflı məlumat verilib.