Alimlər fotoya əsasən insanın intellekt səviyyəsini müəyyən edirlər
İyul 12
15:12
2016
Kembric Universitetindən bir qrup tədqiqatçı insanın sosial şəbəkələrdəki fotoları əsasında onun intellektinin səviyyəsini müəyyənləşdirməyi öyrənib.
AZƏRTAC "newsmir.info” saytına istinadla xəbər verir ki, alimlər IQ göstəricisi aşağı olan qrup seçərək insanların fotolarını təhlil ediblər. Qrup üçün səciyyəvi əlamətlər aşkar edilib. Onların sırasında telefonun frontal kamerasında fotolar və yöndəmsiz eynəkli fotolar olub.
IQ göstəricisi yüksək olan insanlar sosial şəbəkələr üçün fotoşəkil seçiminə daha planlı və məsuliyyətli yanaşıblar. Onlar fotolarda daha çox tək olublar. Bu kadrlarda kənar obyekt görünməyib.
Qeyd edək ki, araşdırmaya az sayda könüllü cəlb edilib, buna görə də tədqiqatın qeyd-şərtsiz düzgünlüyü barədə fikir yürütmək olmaz.
Qlobal.az



