Almaniya bu həftə Qrenlandiyaya qoşun göndərəcək
Yanvar 15
07:13
2026
Almaniya bu həftə qoşunlarını Qrenlandiyaya göndərəcək.
"Report"un məlumatına görə, bu barədə "Bild" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Qəzet iddia edir ki, rəsmi olaraq Avropadan olan NATO ölkələri Qrenlandiyadakı iştiraklarını genişləndirirlər. Lakin əməliyyat NATO strukturları vasitəsilə deyil, Kopenhagendən əlaqələndirilir, çünki Qrenlandiyaya nəzarət edən Danimarka da daxil olmaqla, alyansın Skandinaviya ölkələri ABŞ-nin Norfolk şəhərindəki qərargahının komandanlığı altındadır.
"Bild" qeyd edir ki, əməliyyatın ABŞ-nin iştirakı olmadan həyata keçirilməsi planlaşdırılır.



