Almaniya Konsulluğunu partlatmaq istəyən terrorçular həbs olunub
Mart 23
13:52
2016
İstanbulda Almaniya Konsulluğuna və alman məktəblərinə hücum edəcəyi iddia edilən şəxslər saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yer alıb. Məlumata görə, İŞİD-lə bağlantısı olan, ikisi xarici mənşəlli 7 nəfər saxlanılıb. Türkiyə və Almaniya kəşfiyyatının birlikdə apardığı istintaq əməliyyatı nəticəsində aşkarlanan 3 ünvana basqın edilib.
Xəbər verilir ki, İŞİD ilə əlaqəsi olduğu iddia edilən şübhəlilərdən birinin "canlı bomba" hücumu həyata keçimək planı olub.
Qlobal.az



