SON XƏBƏR

Almaniya polisi İŞİD-in terror aktının qarşısını aldı

Mart 13
00:25 2017
Essen şəhərindəki ticarət mərkəzində planlaşdırılmış terror aktının arxasında İŞİD dayanırdı.
 
"Report” xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Tomas de Mezyer "ARD" telekanalında efirə gedən "Berlin aus Bericht" proqramında bildirib.
 
O, qeyd edib ki, Almaniyada terror təhlükəsi yüksək olaraq qalır. "İŞİD terror qruplaşması ilə əlaqə göz qabağındadır", – deyə nazir bildirib.
 
Tomas de Mezyer vurğulayıb ki, Almaniyanın hüquq-mühafizə orqanları ayıq-sayıqdır.
 
Qeyd edək ki, "WDR" telekanalının verdiyi məlumata görə, Essen polisi bu şəhərin ticarət mərkəzinə planlaşdırılmış terror aktının qarşısını ala bilib. Yerli polis terror aktının aşkar olunmuş mümkün əlamətləri səbəbindən ticarət mərkəzinin bağlanmasına göstəriş verib.
 
Gücləndirilmiş iş şəraitinə keçmiş güc strukturlarının əməkdaşları əraziyə gəlib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook