Almaniya Polşa ərazisinə "Eurofighter" döyüş təyyarələrini göndərib

Avqust 05
09:39
2025
Rusiya və Belarusun "Qərb-2025" adlı birgə hərbi təlimlərinə dörd həftə qalmış Almaniya Polşaya beş ədəd "Eurofighter" tipli döyüş təyyarə yerləşdirib.
APA xəbər verir ki,bu barədə "t-online" portalı məlumat yayıb.
Məlumata görə, Almaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Polşanın Minsk-Mazovetski hərbi hava bazasında yerləşdirilib.