SON XƏBƏR

Almaniya Türkiyəni terrora dəstəkdə ittiham edirmiş

Avqust 17
15:51 2016
"The Daily Mail” yazır ki, Almaniya hökumətindən sızmış hesabatda Türkiyə hökuməti bütün Yaxın Şərq boyunca terrorçu qrupları dəstəkləməkdə ittiham edilir.

Almaniya Daxili İşlər Nazirliyinə aid sənəddə deyilir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın hökuməti Fələstinin Həməs, Misirin "Müsəlman qardaşlığı" və Suriyada döyüşən qruplaşmaları dəstəkləyir.

Sızıb, ya sızdırılıb?

"The Daily Mail” yazır ki, bundan əvvəl solçu Die Linke partiyası Almaniya Parlamentinə gizli məxfi qaydada müraciət edərək sözü gedən hesabatı istəmişdi. Sənəd məhz bundan sonra ARD telekanalına sızdırılıb.

Məqalədə deyilir ki, beləliklə, Almaniya hökuməti ilk dəfə olaraq Türkiyə hakimiyyətinin Avropa İttifaqı və ABŞ tərəfindən terrorçu təşkilatlar siyahısına saldığı qruplaşmalarla bağlı olduğunu iddia edib.

Sızmanın yaratdığı hay-küyə baxmayaraq, Almaniyanın Avropa naziri Michael Roth deyib ki, Almaniya Türkiyənin çevriliş cəhdində ittiham olunanlara qarşı repressiyaları ilə əlaqədar narahatlıq ifadə etməkdə davam edəcək.

Qəzet bunu da bildirir ki, Misirin "Müsəlman qardaşlığı" təşkilatı rəsmən terrorçu kimi tanınmasa da, siyasi İslamın Türkiyə variantına rəğbətlidir.

İkili siyasət

Almaniyada sızmış hesabatda iddia olunur ki, Ərdoğan höküməti Həməs, Misirin "Müsəlman qardaşlığı" və Suriyada döyüşən qruplaşmaları dəstəkləyir.

Ən maraqlısı budur lki, hesabatda Ankaranın sözü gedən qruplaşmalarla əlaqələrinin dərinləşdiyi və Yaxın Şərqdə islamçı qruplaşmalar üçün platsdarma çevrildiyi bildirilir.
 
Linke Partiyasından millət vəkili Sevim Dağdelen deyib ki, Almaniya hökuməti açıqda "terrorun xaç atası Erdoğanı” partnyor elan edib, daxildə onun terror qovşağı olduğu barədə xəbərdarlıqlar verə bilməz. "The Daily Mail” yazır ki, Almaniya hökuməti özünün sözü gedən partiyaya cavabını açıqlayıb, lakin məktubun məxfi hissəsini qapalı saxlayıb.
 
Almaniyanın Avropa naziri Michael Roth deyib ki, əldə olunmuş miqrant sazişinə görə Türkiyə 72 şərtə əməl etməlidir. Bununla yanaçşı, Roth deyib ki, Türkiyə miqrant sazişinə və Almaniyada 3 milyon türkün yaşamasına görə Berlinin mühüm partnyoru olaraq qalmalıdır (BBC).
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook