SON XƏBƏR

Almaniya XİN türk əsilli deputatlara Türkiyəyə getməməyi məsləhət görüb

İyun 12
07:53 2016
Almaniyanın Xarici İşlər Nazirliyi türk əsilli deputatlara  gizli müraciət edərək, yaxın zamanlarda Türkiyəyə getməməyi məsləhət görüb.
 
APA-nın "Spiegel Online” nəşrinə istinadən verdiyi xəbərə görə,  deputatlara Türkiyəyə getmək hələlik  məsləhət görülmür, əks təqdirdə  onların təhlükəsizliyinə zəmanət verilməyəcək.    
 
Bundan başqa bildirilir ki,  türk əsilli deputatların əksəriyyəti Türkiyəyə ezamiyyət və məzuniyyətlərdən imtina edib. Məlumatda bildirilir ki, deputatlardan biri hətta Türkiyədə yaşayan valideynlərindən başqa ölkəyə köçmələrini xahiş edib.
 
Xatırladaq ki, Almaniya Bundestaqı iyunun 2-də uydurma "erməni soyqırımı”nın tanınmasının nəzərdə tutan qətnamə layihəsini qəbul edib.
 
Qətnamə layihəsinin təşəbbüskarları iqtidardakı xristian birlik partiyaları (CDU/CSU) və müxalifətdəki Yaşıllar Partiyası olub. Layihənin əleyhinə 1 nəfər səs verib, daha 1 parlament üzvü isə bitərəf qalıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook