SON XƏBƏR

Almaniyada 7 minə yaxın həkim etiraz aksiyasında iştirak edib

Mart 12
00:29 2024
Almaniyanın müxtəlif federal torpaqlarında keçirilən və xəbərdarlıq məqsədi daşıyan etiraz aksiyasında 23 universitet xəstəxanasından 7 minə yaxın həkim iştirak edib.

"Report” TASS-a istinadla xəbər verir ki, bu barədə "Marburger Bund” həmkarlar ittifaqı məlumat yayıb.

Məlumata görə, həkimlərin əsas tələbi maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılmasıdır.

Bu yaxınlarda həkimlərin həmkarlar ittifaqı ilə dövlət işəgötürənləri arasında aparılan danışıqların dördüncü mərhəkəsi uğursuz başa çatıb. Həkimlər əmək haqqının 12,5% artırılmasını və gecələr, həftə sonları və bayram günlərində müntəzəm işləyənlər üçün əlavə mükafatlar tələb edirlər.

Mitinqlər Almaniyanın müxtəlif şəhərlərində, o cümlədən Düsseldorf, Münhen və Kildə keçirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook