SON XƏBƏR

Almaniyadan Türkiyəyə şok: “Yaxın 10-20 ildə…”

Avqust 08
10:50 2016
Almaniya kanslerinin müavini, Sosial Demokrat Partiyasının (SPD) sədri Siqmar Qabriel Türkiyənin yaxın 10-20 il ərzində Avropa Birliyinə (AB) daxil olmayacağını açıqlayıb.
 
Axar.az xəbər verir ki, ARD telekanalının qonağı olan siyasətçi rəsmi Ankara ilə danışıqların dondurulmayacağını deyib:
 
"Türkiyə ilə hər cür dialoq kanalını davam etdirməliyik. İnanıram ki, Türkiyənin yaxın gələcəkdə, 10-20 ildən danışıram, AB-yə üzv olma şansı yoxdur. Türkiyə bütün şərtləri yerinə yetirsə belə, üzvlük baş tutmayacaq. Hazırda AB kiçik bir ölkəni tamhüquqlu üzv kimi qəbul edəcək vəziyyətdə deyil. Birinin AB-yə dərhal üzv ola biləcəyi xəyalı boş söhbətdir, belə bir şey olmayacaq”.
 
Türkiyədə edam qərarının yenidən tətbiq olunması məsələsinə münasibət bildirən alman siyasətçi bunun dnışıqlara ciddi zərbə vuracağını bildirib:
 
"Edamın yenidən tətbiqi AB qanunlarına ziddir. O zaman üzvlük danışıqları da yersiz olacaq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook