Almaniyanın ən populyar siyasətçiləri - Müdafiə naziri birincidir
Dekabr 25
10:26
2023
Almaniyanın müdafiə naziri Borius Pistorius ölkənin ən populyar siyasətçiləri reytinqinə başçılıq edir.
Qaynarinfo xəbər verir ki, bunu "Insa" sosioloji institutunun "Bild" qəzeti üçün keçirdiyi sorğunun nəticələri sübut edir.
Sorğuda iştirak edən Almaniya vətəndaşlarının 42%-i Boris Pistoriusun gələn il Berlin siyasətinə mümkün qədər çox təsir göstərməli olduğunu bildirib. Respondentlərin 38%-i isə əks fikirdədir. Materialda qeyd olunur ki, Müdafiə Nazirliyinin rəhbəri ilk dəfə reytinqə daxil edilib.
Pistoriusdan sonra Bavariyanın baş naziri və Xristian Sosial Birliyinin (CSU) sədri Markus Soeder ikinci yeri tutub. Sorğu iştirakçılarının 41%-i onun Almaniya siyasətinə mümkün qədər çox təsir göstərməsini istəyir. 44% isə əks fikir bildirib.
Respondentlərin 27%-i hesab edir ki, iqtisadiyyat və iqlim mühafizəsi naziri Robert Habek 2024-cü ildə siyasətdə daha böyük rol oynamalıdır. Almanların 29%-i xarici işlər naziri Annalena Berbokla bağlı eyni fikri ifadə edib.
Qeyd olunur ki, Federal Kansler Olaf Şoltsa dəstək səviyyəsi 26% təşkil edib.