SON XƏBƏR
  • Prezident Xankəndiyə səfər etdi, sakinlərlə görüşdüAzərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra "Bulud” hotelinin açılışında iştirak edib. Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin ..
  • "Qazaxlı Alik"in oğluna hökm oxunduHədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradov, Ramil Paşşanov və Gülnar Hacıyevaya hökm oxunub. Qlobal.az unikal-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dad..
  • Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir...Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir - 7.6 milyon vergi borcu dövlət qurumlarını hərəkətə gətirəcək... Azərbaycanın ən tanınmış içməli su markalarından olan "Gədəbəy" və "Slavyanka"..
  • Ağalar Vəliyev qiymətləri qiymətləri bahalaşdırır - Mənzil sahibləri təlaşdaSon illər Bakının mənzil bazarında baş verən qiymət artımı, xüsusilə özünü yeni tikililərin qiymətində – ilkin bazarda göstərməkdədir. FED.az xəbər verir ki, bahalaşma daşınmaz əmlak bazarının bütü..
  • Temperatur mənfi 3 dərəcəyə düşəcəkFevralın 19-u axşamdan 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, havan..
  • Fuad Nağıyev özünə daha bir müşavir axtarırDövlət Turizm Agentliyində (DTA) yeni vəzifə olaraq sədrin müşaviri vəzifəsi vakansiyaya çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət İmtahan Mərkəzi də inzibati vəzifənin tutulm..
  • Xankəndidə Zəfər parkının təməli qoyulduAzərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. ..
  • Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşdüAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Bu barədə Qlobal.az ..
  • Ceyhun Cəfərov azadlığa çıxdıKürdəmirin korrupsiya ittihamları ilə məhkum edilmiş icra başçısı Ceyhun Cəfərovun cəzaçəkmə müddəti başa çatıb. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, son bir ilini məntəqə tipli cəzaçəkmə müə..
  • Bakıda Azərbaycanın sədrliyi ilə APA-nın 15-ci plenar sessiyası işinə başladıBakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası öz işinə başlayıb. "Report" xəbər verir ki, tədbir "Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlam..

Analitik Ekspertiza Mərkəzi “Laser Beauty Estetik Klinikası“nın iddialarına cavab verdi

Yanvar 25
01:56 2025
Analitik Ekspertiza Mərkəzinin "Laser Beauty Estetik Klinikası” MMC-nin aparılan yoxlamaya dair iddialara cavab verib.

Qlobal.az AEM-in klinika rəhbərinin iddiasına əsasən sorğusunun cavabını təqdim edir:

"- "Soyuducunun dərəcəsini yarım saatdan bir ölçməliyik. Əgər mən həmin soyuducuda buz saxlayıb prosedurdan sonra dodağa qoyuramsa, o soyuducunun dərəcəsini niyə ölçüm?”

AEM-in cavabı: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 01 saylı, 11 yanvar 2018-ci il tarixli Əczaçılıq fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə Qərarının 7.14.4 ci bəndinə əsasən "Dərman vasitələrinin saxlandığı sahələrdə temperatur, rütubət və havalandırma göstəriciləri sutkada bir dəfə qeydə alınaraq temperatur, rütubət və havalandırma göstəricilərinin qeydiyyat xəritəsi aparılır”. Bu məlumatlar "Temperatur qeydiyyat vərəqəsi”ndə qeyd edilməlidir.

AEM-in əməkdaşları həmin vərəqəni klinikanın direktoru Cəfərova Yeganə Səlim qızına şəxsən təqdim ediblər.

Rəna Soltanova ikinci iddiası: - "Digər səbəb isə əvvəlki stomatoloqun burada qalan əşyaları ilə bağlı olub. Stomatoloji otaqda cərrahi prosedur həyata keçirilməyib. Sadəcə, stomatoloqun müəyyən əşyaları burada qalıb. Burada ümumiyyətlə cərrahiyyə yoxdur. Mən həm də yazaram, bir otağımda 500-ə yaxın kitab var. İndi bu o deməkdir ki, həmin otaq kitabxanadır?"

AEM-in cavabı: Səhiyyə Nazirliyinin 07.04.2009-cu il tarixli 37 nömrəli əmri ilə təsdiq olunan "Tibb müəssisələrində sanitar-epidemioloji tələblərə dair” Qaydalarının 4-cü bəndinə əsasən, hər bir lisenziya üzrə fəaliyyət üçün icazə verilən işlərə uyğun ayrıca şərait yaradılmalıdır. Klinikada isə "cərrahi-stomatologiya” və "diş texniki” işləri üçün icazə olmamasına baxmayaraq, (lisenziyadan kənar fəaliyyət) fəaliyyət göstərmələri aşkarlanıb. Bir stomatoloji otaqda qanuna zidd olaraq, həm vizioqraf, həm diş texniklərinə aid avadanlıqlar, implant qoyulması üçün iki ədəd işlək vəziyyətdə fiziodispenser, cərrahi tikiş materialları, abatmen və paketlənən, sterilizasiya edilən, lakin saxlama şərtlərinə riayət edilməyən cərrahi stomatoloji alətlər – kəlbətin və elevatorlar aşkar edilib.

Həmçinin, stomatoloji işlərə aid sənədlər yoxlanılarkən, AEM-in yoxlayıcı-mütəxəssislərinə iki həkim-stomatoloqların və bir diş texnikinin şəxsi işləri təqdim edilib. Həkimlərdən birinin (Əliyev Elşən Alik oğlu) sertifikatının olmaması aşkarlanıb, diş texnikinin isə təhsilini təsdiq edən sənəd yoxlamaya təqdim edilməyib. Eyni zamanda, hər həkimin vəzifə öhdəliklərində tibbi qeydiyyat sənədlərinin aparılması və bu prosesə nəzarət baş həkimin səlahiyyətlərinə aiddir. Vəzifə borclarını yerinə yetirmədiklərinə görə bütün tibb işçiləri məsuliyyət daşıyırlar.

Üçüncü iddia: - "Klinikada lazer epilyasiyası ustalarının və SMM işlərini həyata keçirən işçilərin tibb bacısı olmamaları da onlara nöqsan kimi göstərilməsi”.

- "Mən onlardan soruşuram ki, lazer epilyasiyası üçün hara gedirsiniz? Deyirlər, gözəllik salonlarına. Onlardan soruşdum ki, bəs deyirsiniz, gözəllik salonlarında lazer epilyasiyası etdirmək olmaz. Bəs niyə onları yoxlamırsınız? Mənə cavab verdilər ki, onların lisenziyası yoxdur deyə yoxlama apara bilmirlər. Mən də bildirdim ki, bizim lisenziyamız var deyə yoxlama aparılır və belə xırda nöqsanlar tutulur, amma onların lisenziyası yoxdur deyə heç yoxlama da apara bilmirsiniz. Sonda mənə deyiləndə ki sizin "İnstagram" üçün video çəkən işçiniz də tibb bacısı olmalıdır, bu məqamda mən donub qaldım. Qanun qarşısında nə deyə bilərəm ki?! Amma mən əminəm ki, bu, belə qalmaz".

AEM-in cavabı: Araşdırma zamanı yoxlayıcılar SMM-menecerinin (Əsədova Kəmalə Nazim qızı) , administrator (Şükürova Lalə Şirzat qızı), sürücü (Nəsirov Vahid Çingiz oğlu), xəzinədar (Daşdanova Aynur tariyel qızı) və sair qeyri-tibb personalının şəxsi işlərinin təqdim edilməsi tələb olunmayıb.

Gözəllik salonlarında aparılan yoxlama prosedurlarına gəldikdə, klinikada yoxlama zamanı mütəxəssislər rəhbərliyə hansı hallarda yoxlamalrın aparılmasını izah ediblər. Diqqətə çatdırılıb ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu”na uyğun olaraq plandankənar və planlı yoxlamalar hansı hallarda aparıla bilər.

AEM əməkdaşlarına ünvanlanan daha bir ittiham: "Yoxlama zamanı nazirlik əməkdaşlarına müqavimət göstərilməsi ilə bağlı məqama gəlincə isə Rəna Soltanova bunu da təkzib edib:

"Yoxlama zamanı göstərilən nöqsanlar absurd idi. Bizə lisenziyanı Analitik Ekspertiza Mərkəzi verib. Buna görə yoxlama zamanı səslənən nöqsanlara, sadəcə, emosional reaksiya vermişəm. Onlarla ağlaya-ağlaya danışmışam. Bunu şiddət kimi qələmə veriblər"", - məlumatda vurğulanıb.

Qeyd edilir ki, Azərbaycanda faəliyyət göstərən özəl tibb müsəssisələrinə lisenziya AEM tərəfindən deyil, Səhiyyə Nazirliyinin rəyi əsasında İqtisadiyyat Nazirliyi tərəfindən verilir. O ki, qaldı "emosional reaksiya”ya, dövlət qurumunun əməkdaşlarının öz vəzifə borclarını yerinə yetirməsi zamanı mobil telefonun üzərlərinə çırpılması, yüksək tonla danışılması, yuxarı instansiyalara şikayət və nəitcədə işdən qovulmaqla təhdid etməsi, və bu əməllıərin bir müəssisənin baş həkimi tərəfindən edilməsi, əslində həmin şəxsin vəzifə səlahiyyətləri aşmasıdır ki, bununla da Rəna Soltanova baş həkimin vəzifə təlimatlarnı oxumaqla tanış ola bilər. Vəzifə təlimatlarına uyğun olaraq, baş həkim nəinkui özünün, əməkdaşlarının da etik davranış qaydalarına necə riayət etməsinə nəzarət etməlidir.

Son olaraq bildirilir ki, Azərbaycan hüquqi dövlətdir. Qeyd olunan klinikanın rəhbərliyi Analitik Ekspertiza Mərkəzinin yoxlama zamanı hər hansı bir qanun pozuntusuna yol verdiyini hesab edirsə, aidiyyəti dövlət qurumlarına müraciət edə bilərlər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook