SON XƏBƏR

AngelaMerkel: "Türklər mənim ölkəmə gələ bilər"

Sentyabr 11
09:07 2017
Türkiyəli vətəndaşlar ölkəmizə səyahət edə bilərlər.
 
Axar.az xəbər verir ki, bu sözləri Almaniya Kansleri Angela Merkel seçki kampaniyasındakı çıxışında deyib.
 
"Mən bunu açıq şəkildə qeyd etmək istəyirəm, hər bir Türkiyə vətəndaşı mənim ölkəmə gələ bilər. Çünki ölkəmizdə fikir azadlığı və hüquq əsaslı prinsiplər tətbiq olunur və biz bununla fəxr edirik. Bizim ölkədə polis tərəfindən saxlanılan, həbs olunan jurnalistlər yoxdur", - deyə o əlavə edib.
 
Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi bir müddət əvvəl Almaniyada yaşayan və bu ölkəyə səyahət etməyi planlaşdıran türk vətəndaşlarına xəbərdarlıq etmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook