SON XƏBƏR

Aqil Abbas ermənilərdən "üzr" istədi

Sentyabr 30
22:05 2023
Biz Murovdan ayaqyalın, başıaçıq, piyada, qucaqlarımızda donan körpələrlə gəlmişdik. Sizi öz  maşınınızla, unitazınızla, qarşokunuzla, qucağınızda körpələrlə yola saldığımıza və cocuqlarınıza  şokolad, su, ərzaq payladığımıza görə  üzr istəyirəm.  

Evlərimizi  yandırdınız, yağmaladınız, şəhər və  kəndlərimizi darmadağın elədiniz, qəbirlərimizi  dağıtdınız, ölülərimizi insanlığa  sığmayan   təhqir etdiniz. Evlərinizi  yağmalamadıq. Şəhərlərimizə, Ağcabədiyə, Ağdama, Tərtərə, Füzuliyə minlərlə raket atdınız. Şəhərlərinizi dağıtmadığımıza , ölülərinizin gorunu eşmədiyimizə görə  üzr istəyirəm. 

Qızlarımızı, qadınlarımızı zorladınız, anaların  gözləri önündə oğullarımızın  başını  kəsdiniz. Yazar Zori  Balayan   6 yaşlı qızcığazı  divara  mismarlayıb dərisini soyub  necə  ləzzətlə  öldüyünü seyr etdiyinə görə,  biz balalarınızı öldürmədiyimizə  görə, analarınızın  gözü   qarşısında  oğullarının başını kəsmədiyimizə görə  üzr istəyirəm. 

Mən də yazaram. Balayandan da  yaxşı yazaram. Amma mən «Qar  üstündə qan çiçəyi» əsərimdə  Komandirim  18 yaşlı erməni əsgəri  görür  donub  ölür, öz əsgərinin  ölməyinə  baxmayaraq, onu bağışlayır ki,  get yaşa. Buna  görə  üzr istəyirəm. «Dolu» romanımda  erməni  qızını Drakon  əsgərlərə zorlamağa qoymadığına görə üzr istəyirəm.  

1992-ci ildə  Əsgəranda Ağdam uşaqları mənə  güllələmək  üçün hədiyyə  etdikləri  erməni  əsgərini  güllələmədiyimə, sağ buraxdığıma  görə  üzr istəyirəm. 

Bütün  tarixi   abidələrimizi, məbədlərimizi, məscidlərimizi yandırdınız, içində  donuz  saxladınız, biz isə  Bakıdakı erməni  kilsəsini yandırmadıq. Yandırmadığımız  cəhənnəm, heç içinə işəmədiyimizə görə  üzr istəyirəm.  

Əsgərana, Martuniyə, Ağdərəyə, Hadruta bircə dənə  bomba atmadığımıza görə üzr istəyirəm.

Sizi sağ-salamat  yola  saldığımıza görə, polislərimiz uşaqlarınıza, cocuqlarınıza ərzaq yardımı, su, hətta benzin  verdiyinə görə  üzr istəyirəm.

Və sonda. Sizə işıq, yanacaq, ərzaq,  dərman verdiyimizə görə şəhid  analarından və şəhidlərin  ruhundan  üzr istəyirəm. 

Həm də bunu yazdığıma  görə  oxuculardan üzr istəyirəm.
 
Mənbə: Adalet.az
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook