SON XƏBƏR

Argentinalı futbolçulara "viaqra" verilibmiş

Mart 30
20:24 2017
Boliviya ilə oyuna Messisiz çıxan Argentina yığmasının üzvlərinə tənəffüs çətinliyi çəkməməsi üçün dərman verildiyi ortaya çıxıb. 

Sport7.az xəbər verir ki, Boliviyanın paytaxı La Pazın yerləşdiyi 3600 metr yüksəklikdə hava təzyiqi ilə əlaqədar tənəffüs çətinliyindən qorunmaq üçün Argentina yığmasının üzvlərinə müxtəlif tibbi yardım edilib.

Konkretləşdirsək futbolçulara "parasetamol", "kafein" və "viaqra"dan ibarət kokteyl verilib. Yüksəkliklə əlaqədar problemləri həll etmək üçün damaraçıcı, qandakı oksigen miqdarını artırıcı vasitə olaraq futbolçulara verilən bu qarışıma baxmayaraq komanda 0:2 hesabı ilə məğlub olub. Üstəlik aparılan araşdırmalarda bu dərmanın Beynəlxalq Anti-Dopinq Assosiasiyası "WADA”nın qaydalarına uyğun olmadığı bildirilib.

2013-cü ildə də bu ölkəyə gələndə Argentina yığmasının üzvlərindən Messi xəstələnmiş, Anhel Di Mariya ilə Xavyer Maskerano isə tez-tez oksigen maskaları taxmaqla ayaqda durmuşdu. Bu matç heç-heçə bitsə də 2009-cu ildə iki komandanın görüşündə meydan sahibləri 6:1 hesablı qələbəyə sevinmşdi. 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook