SON XƏBƏR

Atası İlon Maskın bioqrafiyasını yalan və tamaşa üçün material adlandırdı

Sentyabr 30
22:45 2023
Amerikalı sahibkar və milyarder İlon Maskın atası Errol Mask oğlunun tərcümeyi-halının həqiqətə uyğun olmadığını və tamaşa üçün material olduğunu deyib.

Qaynarinfo xəbər verir ki, Uolter İsaakson tərəfindən Maskın tərcümeyi-halı sentyabrın 12-də nəşr olunub. Lakin ata Mask ondan narazı qalıb.

"Böyük cəfəngiyyat... O, hər şeyi mənə borcludur. Bunu təvazökarlıqla deyirəm. Mən əlimdən gələni etdim. Bu kitab doğru deyil. Bu, tamaşa üçün materialdır. Müəllifə e-poçt göndərdim və bunu ona bildirdim", deyə Errol Mask Britaniyanın "Daily Mail" qəzetinə bildirib.

Maskın atası qeyd edib ki, oğlunun tərcümeyi-halında pis kimi göstərilməsi ona zərər vermir:

"Mən pis deyiləm, bəs niyə bu məni incitməlidir? Bir şey doğru olanda səni incidir", deyə Errol Mask əlavə edib.

Daha əvvəl İspaniyanın "Mundo” qəzeti Maskın tərcümeyi-halına istinad edərək Errol Maskın oğlunu "psixoloji işgəncələrə” məruz qoyduğunu yazıb. Qeyd edilib ki, Maskın atası oğluna "yazıq" olduğunu deyib.

Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook