“Atlas Medical Center”də tibbi təhsili olmayan Turanə Nəsibova necə həkim kimi çalışır?

Avqust 09
12:46
2025
"Atlas Medical Center”də fəaliyyət göstərən onkoginekoloq Turanə Nəsibovanın tibbi təhsili olmadığı iddia olunub.
Bu barədə Oxu.Az-a ünvanlanan şikayətdə qeyd edilib.
Bildirilib ki, sözügedən şəxsin tibbi fəaliyyət göstərə bilməsi üçün nəinki ali, heç orta ixtisas təhsili də yoxdur.

Onkoginekoloq Turanə Nəsibova və "Atlas Medical Center” ilə əlaqə saxlamağa çalışsaq da, telefonumuza cavab verən olmadı.(Oxu.Az)
Qlobal.az