SON XƏBƏR

Avropa donacaq: Temperatur -20 dərəcəyə enəcək

Yanvar 07
12:32 2026
Qar yağışı və dondurucu soyuqlar Avropanın bir çox şəhərində həyatı iflic edib. 

Qaynarinfo xəbər verir ki, mütəxəssislər yaxın günlərdə temperaturun mənfi 20 dərəcəyədək enə biləcəyini bildirirlər.

Avropanı təsiri altına alan arktik mənşəli soyuq hava dalğası gücünü artırır. Meteorologiya mütəxəssisləri xəbərdarlıq edirlər ki, qarşıdakı günlərdə bəzi Avropa ölkələrində gecə temperaturu mənfi 20 dərəcəyədək düşə bilər. 

Almaniyada xüsusilə cənub bölgələrində temperaturun mənfi 10 dərəcənin altına enməsi, mərkəzi bölgələrdə və Alp dağlarında isə termometrlərin mənfi 20 dərəcəni göstərməsi gözlənilir. 

Avstriyada da soyuq hava, əsasən Tirol və Zalsburq bölgələrində dondurucu təsirini göstərəcək. Səhər saatlarında temperaturun mənfi 17 ilə mənfi 7 dərəcə arasında olacağı bildirilir.

Fransa son on ilin ən soyuq səhərinə oyanıb. Həftəsonu temperatur mənfi 22 dərəcəyədək enib. Soyuqların bu həftə də davam edəcəyi gözlənilir. Pis hava şəraiti səbəbindən baş verən yol-nəqliyyat hadisələrində beş nəfər həyatını itirib. 

İngiltərədə iki həftə ərzində temperaturun mənfi 14 dərəcəyədək düşəcəyi proqnozlaşdırılır. Meteorologiya mütəxəssisləri bu soyuqları "Qütb ekspresi” adlandırırlar. 

Şotlandiya üçün də intensiv qar yağışı səbəbindən "buzlanmaya diqqət edin” çağırışı edilib. 

Qar və buzlanma ucbatından Niderlandda 400-dən çox aviareys ləğv olunub. Paytaxt Amsterdamdan Fransanın paytaxtı Parisə gedən qatar reysləri də dayandırılıb. 

Balkanların qərb hissəsi də güclü qar və yağıntının təsiri altına düşüb. Yollar bağlanıb, elektrik enerjisində fasilələr yaranıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook