SON XƏBƏR

Avropa İttifaqı 2018-ci ilədək öz ordusunu yarada bilər

Sentyabr 14
07:56 2016
Brüsseldə  Aİ-nin xarici və daxili təhlükəsizliyinin təmin olunması kimi vəzifələri icra edəcək Avropa ordusunun yaradılması məsələsi ətrafında  diskussiyalar aparılır. 

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə "İzvestiya”ya Avropa Komissiyasındakı mənbə bildirib. Təşəbbüsün təsdiqlənəcəyi təqdirdə Avropanın birləşmiş hərbi bloku artıq 2018-ci ilədək yaradıla bilər.
 
Bu təşəbbüsün əsas əleyhdarı son zamanadək Böyük Britaniya olub.  "Brexit”in nəticələri Aİ ölkələrinə müdafiə sahəsində daha sıx əməkdaşlıq etməyə şərait yaradıb. 
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook