Avropa İttifaqı İsrailin qərarına qarşı çıxıb
Fevral 02
00:52
2017
"İsrailin yeni yaşayış məntəqələri tikməsi, İsrail-Fələstin probleminin həllini mümkünsüz edir".
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Avropa Birliyinin xarici məsələlər üzrə rəhbəri Federika Moqherini deyib.
Məlumata görə, F.Moqherini İsrail hökumətinin başçısı Binyamin Netanyahunun İordan çayının qərb sahilində daha 2.5 min yaşayış evi tikilməsi qərarına qarşı çıxıb.
ABŞ prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra İsrail, zəbt olunan Fələstin torpaqlarında tikinti işlərini sürətləndirib. Barak Obamadan fərqli olaraq Tramp İsrailin bu hərəkətini qınayan heç bir bəyanat verməyib.