Avropa şirkətləri Venesueladan neft ixrac etmək üçün ABŞ-dan icazə istəyib
Yanvar 16
07:00
2026
İspaniyanın Repsol və Fransanın Maurel & Prom şirkətləri də daxil olmaqla bir neçə Avropa şirkəti Venesueladan neft ixrac etmək üçün ABŞ-dan icazə istəyib.
APA xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, Tramp administrasiyası lisenziyaları dayandırdıqdan sonra şirkətlər 2025-ci ilin ikinci rübündən etibarən Venesuela neftini ixrac edə bilməyiblər.



