SON XƏBƏR

Avropalıların Britaniyaya sərbəst hərəkəti “Brexit”dən sonra da davam edə bilər

Aprel 05
15:00 2017
Britaniyanın Baş naziri Teresa Mey avropalıların Birləşmiş Krallığa sərbəst hərəkətinin "Brexit”-dən sonra da bir müddət davam etməsini təklif edib. Onun sözlərinə görə, hökumətin və iş yerlərinin sərbəst hərəkətə limit gətirilməmişdən qabaq müəyyən vaxta ehtiyacı var.
 
"Brexit”-dən sonra sərbəst hərəkətin davam etməsi referendumun məqsədinə ziddir. Çünki Britaniya xalqı, ölkənin sərhədlərinə və immiqrasiyaya yenidən nəzarətin geri alınmasını istəyir. Baş nazir deyib ki, Britaniya hökuməti xalqının "Brexit”-dən gözlədiklərinə sadiq qalacaqdır.
 
(Azərtac)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook