SON XƏBƏR

"Avropanın bu 3 şəhərini işğal etməliyik" - Plotnikov

May 27
11:34 2024
Biz Avropanın 3 şəhərini işğal etməliyik.

"AzPolitika" xəbər verir ki, bunu general-mayor Nikolay Plotnikov dövlət televiziyasında çıxış edərkən deyib.

Plotnikov bildirib ki, Putin Lenin və Stalinin tarixi səhvlərini düzəltməli və bəzi Avropa ölkələrini işğal etməlidir. O, həmin Avropa ölkələrinin bir sıra şəhərlərinin Rusiya ilə əlaqəsinin olduğunu iddia edib.

"Estoniyada Narva, Latviyada Dauqavpils və Litvada Klaypeda işğal edilərək Rusiya ərazisinə birləşdirilməlidir. Baltikyanı regionda yerləşən bu ölkələr həm də NATO üzvü kimi seçilir. Bu ölkələrdəki insanlar Ukraynaya dəstəyi dayandırmalıdırlar, əks halda bunun nəticələrini görəcəklər",-deyə o qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook